“İran və Rusiya hakimiyyəti mart ayına qədər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində dəhlizin Rəşt-Astara hissəsində dəmir yolunun tikintisinə dair saziş imzalamaq barədə razılığa gəliblər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.
“Bilirsiniz ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində ən mühüm məsələ dəmir yolunun Rəşt-Astara hissəsinin tikintisidir. Rusiyanın nəqliyyat naziri və onun iranlı həmkarı bu layihə ilə bağlı bir neçə dəfə məsləhətləşmələr aparıblar. Son üç ayda onlar çox yaxşı razılığa gəliblər”, – Cəlali qeyd edib.