Xəbərlər

İranda terror aktına cəhd edilib, həyatını itirən var

İranın Sistan və Bəlucistan əyalətində terror aktı törətməyə cəhd edən terrorçulardan biri vaxtından əvvəl baş verən partlayış nəticəsində ölüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə əyalət inzibati mərkəzinin Zahidan prokuroru Mehdi Şəmsabadin məlumat verib.

“İki terrorçu Mohamədan bölgəsində nəzarət-buraxılış məntəqəsi yaxınlığında patrul xidməti həyata keçirən avtomobili partlatmaq məqsədi ilə ölkəyə daxil olub, lakin onlardan biri partlayıcı qurğunun quraşdırılması zamanı ölüb”, – prokuror qeyd edib.

Onun sözlərinə görə, ikinci terrorçu hadisə yerindən uzaqlaşıb.