İranın xarici işlər naziri Abbas Əraqçi Qətərə səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Səfər zamanı xarici işlər nazirinin HƏMAS hərəkatının yüksək səviyyəli nümayəndələri ilə görüşü və Fələstində baş verən son hadisələrin müzakirəsi planlaşdırılır”, – məlumatda bildirilib.