Kültür-sənət Xəbərlər

“İşıq” dərgisinin yeni sayı işıq üzü görüb

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsisisçliyi ilə ərsəyə gələn “İşıq” dərgisinin 126-cı sayı artıq oxucularla görüşür.

Yeni sayda baş redaktor Sədaqət Qəhrəmanovanın “Baş redaktordan” yazısı ilə yanaşı, ruhunuzu oxşayacaq poetik misralar, həyatın müxtəlif çalarlarını əks etdirən hekayə, sənət dünyasının qapılarını açan müsahibələr, eləcə də ədəbi fikrin dərinliklərinə boylanan esse və araşdırmalar yer alıb.

Oxucular bu nömrədə Minaxanım Təkləlinin “Ay çiçək”, Səbinə və Səbirə Nemətzadələrin “Yazı İşığa – İşığa aparan yol”, İlhamə Hüseynova Yelmarın “Sağlam ana, sağlam cəmiyyət: Qadın sağlamlığının sirləri”, Gülçin Süleymanlının “İlin yaz-yay kolleksiyası” başlıqlı məqalələri, Şəfəq Əlixanlının Mahirə Nağıqızı ilə müsahibəsi, Aygün Sətdarqızının “Ana”, Mədinə Gülgünün “Birlik istəyirəm” şeiri ilə tanış ola bilərlər.

Yeni sayda həmçinin Şəfəq Sultan Əlixanlının “Qızım mənim”, Umayın “Kədər” silsilə esseləri, Ləman Vahidin “Türk-İslam aləminin ilk azərbaycanlı qadın deputatı” araşdırma yazısı, Zöhrə Fərəcovanın “Ömrün bitməyən sınağı”, Nigar Şahın “Gücün estetikası – zərafət”, Həcər Rövşənin “Şərq Qadını”nın təkrarsız imzası”, Gülsüm Bədəlovanın “Oxu…”, Günel Natiqqızının “Xatirələrin toxunduğu masa” bədii yazıları, Lətafət Bayramovanın “Yaşamaq”, Hürzət Təhməzlinin “Həyatın dörd çağı” esseləri, İlyas Əfəndiyevin “Yasəmən ağacı” hekayəsi yer alıb.

Dərgini Zahid Xəlilov küçəsi 43 ünvanında yerləşən “Litera” kitab evindən əldə edə bilərsiniz. Qeyd edək ki, dərgiyə (+994 12) 433 22 94/95, (+994 55) 360 55 99, (+994 70) 360 55 99 əlaqə nömrələri vasitəsilə abunə ola bilərsiniz.

Xoş mütaliələr!