MİMTA Fondunun Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi əsasında “İşıq” qəzetinin transliterasiya olunmuş toplusu işıq üzü görüb.
Topluda Azərbaycan jurnalistika tarixinə ilk qadın mətbuatı kimi düşmüş “İşıq” qəzetinin indiyə qədər əldə olunan sayları müasir əlifbada oxuculara təqdim olunur. Burada qəzetin 22 yanvar 1911-ci il – 21 aprel 1912-ci il tarixləri arasında nəşr edilən 47 nömrəsi (34 say 1911-ci ildə, 13 say 1912-ci ildə olmaqla) toplanıb. Toplu, mətbuat tarixi, XX əsrin əvvəllərində Azərbaycanda qadın hüquqları, dövrün sosial-ictimai vəziyyəti və s. məsələləri araşdıran tədqiqatçılar, həmçinin qadın və ailə mövzusu ilə maraqlanan hər kəs üçün dəyərli bir qaynaqdır.