Xəbərlər

İsrail ABŞ-ın bütün məhsullarından gömrük rüsumunu qaldıracaq

İsrail ən böyük ticarət tərəfdaşı olan ABŞ-dan idxal etdiyi bütün məhsullar üçün gömrük rüsumlarını qaldıracağını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin Baş Nazirlik Ofisi, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyinin birgə bəyanatında bildirilib.

“İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət ABŞ-dan gələn məhsullara tətbiq edilən bütün gömrük rüsumlarını ləğv etmək qərarına gəlib. İsrail 1985-ci ildə ABŞ-la imzalanan azad ticarət müqaviləsi sayəsində hazırda ABŞ-dan idxal edilən malların əksəriyyətinə görə gömrük rüsumları tətbiq etmir. ABŞ-dan idxal edilən bütün məhsullar üçün vergi azadlığının qida və kənd təsərrüfatı kateqoriyalarında məhdud sayda məhsulla başlayacağı və daha sonra bütün məhsullara tətbiq ediləcəyi bildirilib”, – məlumatda bildirilib.