Xəbərlər

İsrail hərbçiləri Suriyanın Quneytra əyalətini ələ keçirib

“İsrail Müdafiə Qüvvələrinin (İDF) mexanikləşdirilmiş bölmələri Suriyanın cənubunda yerləşən Quneytra əyalətinə hücum edərək 5 yaşayış məntəqəsini ələ keçirib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Əxbariyyə” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, avqustun 12-də İsrail qüvvələri Tərancda xüsusi əməliyyat keçirib, oradan patrul qruplarından biri Xodra doğru irəliləməyə davam edib.

Quneytranın cənub bölgəsində müvəqqəti nəzarət-buraxılış məntəqələrinin qurulduğu Tel Əhmər təpəsi və Əl-Əsbah kəndi yaxınlığında İDF əsgərləri görülüb. Əyalətin mərkəzi hissəsində İDF əsgərləri Kidna kəndini nəzarətə götürüb və sakinlərə evlərini tərk etməyi qadağan ediblər.