İsrail Müdafiə Qüvvələri (IDF) İranın qərb, şərq və mərkəzi hissəsində yerləşən 6 aerodromuna zərbələr endirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ordunun mətbuat xidmətindən bildirilib.
“İran üzərində hava üstünlüyünü gücləndirmək səyləri çərçivəsində İsrail qüvvələri İranın qərb, şərq və mərkəzi hissəsində İran rejiminə məxsus 6 aerodromuna hücum edib. Zərbələr uçuş-enmə zolaqlarına, yeraltı qurğulara və yanacaq dolduran təyyarəyə ziyan vurub. Pilotsuz uçuş aparatları İran rejiminə məxsus 15 döyüş təyyarəsi və helikopteri məhv edib”, – məlumatda qeyd olunub.