Xəbərlər

İsrail İranın Rəşt şəhərinə hücum edib

İsrail İranın şimalında Xəzər dənizi sahilində yerləşən Rəşt şəhərinin kənarına zərbələr endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Gilan vilayətinin qubernatorunun müavini Əli Baqiri bildirib.

“Rəştdəki Sefidrood Texnologiya Parkının ərazisi bu gün səhər tezdən düşmən qüvvələri tərəfindən hücuma məruz qalıb. Ərazi hazırda mümkün zərərə görə yoxlanılır”, – İRNA rəsmisi deyib.

Agentliyin məlumatına görə, sənaye zonasında partlayış baş verib.