Xəbərlər

İsrail ordusu: İranda üç raket buraxılış qurğusunu vurduq

“İsrail hərbçiləri İranda üç raket buraxılış qurğusunu, həmçinin raket buraxılışına hazırlaşan komandiri məhv ediblər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İDF İrandan İsrailə raket atmağa hazır olan üç reaktiv yaylım atəşi sistemini, həmçinin raket buraxılışına nəzarət edən komandiri vurub”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl İsrail hərbçiləri Tehranın mərkəzinə silsilə hava zərbələri endirdiyini, onlarla hərbi, sənaye və elmi-tədqiqat obyektini vurduğunu bildirib. İranın Gilan əyalətinin qubernatorunun müavini Əli Baqiri də öz növbəsində bildirib ki, İsrail ötən gecə Xəzər dənizi sahilində yerləşən Rəşt şəhərinin kənarına zərbələr endirib.