Xəbərlər

İsrail Qəzzada tunellərə su doldurduğunu təsdiqləyib

Həftələr əvvəl İsrail tərəfinin “Qəzza metrosu” kimi tanınan tunellərə dəniz suyunu buraxmağa başladığı barədə məlumatlar yayılmışdı. Bu gün isə İsrail bu iddiaları təsdiqləyən bəyanat imzalayıb.

“Füyuzat”ın məlumatına görə, İsrail ordusu artıq bir neçə həftədir ki, tunellərə dəniz suyunu buraxmağa başladığını təsdiqləyib.

Qeyd edək ki, 2 ay əvvəl ABŞ mediası İsrail ordusunun Qəzzada tunelləri dəniz suyu ilə doldurmağı düşündüyü barədə yazıb.