“İsrail döyüş təyyarələri və quru qoşunları Dəməşq və ətraf rayonları hədəf alaraq Suriya ərazisinə yeni hücum dalğasına başlayıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Qeyd edilib ki, İsrail tərəfi Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra Suriyanın suverenliyini davamlı olaraq pozur.
Son eskalasiyada İsrail döyüş təyyarələri Dəməşqin cənubuna hücum edib və bütün bölgədə güclü partlayış səsləri eşidilib.