İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon məlumat yayıb.
“Baş nazirin səfəri iki ölkə arasında müttəfiqliyi və əməkdaşlığı daha da genişləndirəcək”, – Danon qeyd edib.
İki ölkə başçısının əsas müzakirə mövzusunun Qəzza zolağındakı vəziyyət, məhbusların azad edilməsi və İran olacağı gözlənilir.