Xəbərlər

İsrailin gecə boyu Qəzzaya hücumlar edib, ölən və yaralananlar var

İsrail ordusunun gecə boyu Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda çox sayda fələstinli ölüb və yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Qeyd edilib ki, İsrail artilleriya birlikləri Qəzza zolağının cənubundakı Rəfah şəhərinin müxtəlif bölgələrinə şiddətli hücumlar həyata keçirib.

Qəzza şəhərinin şərqindəki Şucaiyye məhəlləsində İsrail döyüş təyyarələrinin vurduğu evdə iki fələstinli həyatını itirib. Döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Belah və Ebulacin şəhərlərinə qurudan artilleriya atəşi ilə hava zərbələri endirib. Hücum zamanı ölən və yaralananlar olub.

Qəzzada Səhiyyə Nazirliyi verdiyi açıqlamada, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 517-si uşaq, 10 min 279-u qadın olmaqla 37 min 84 fələstinlinin həyatını itirdiyini, 84 min 494 nəfərinin isə yaralandığını bildirib.