Xəbərlər

İsveç: ABŞ payızda Avropadakı hərbi kontingentini azalda bilər

“Birləşmiş Ştatlar hərbi qüvvələrinin və aktivlərinin yerləşdirilməsinə baxdıqdan sonra payızda Avropadakı qoşunlarının sayını azalda bilər”.

“Füyuzat”ın məlumatına görə, bu qiymətləndirməni İsveçin müdafiə naziri Poul Conson edib.

“Payızda gözlənilən ABŞ hərbi doktrinasının nəzərdən keçirilməsi, çox güman ki, Amerikanın Avropadakı mövcudluğunun azaldılmasını və qoşunların Hind-Sakit Okean bölgəsinə yerləşdirilməsi ilə nəticələnəcək”, – Conson qeyd edib.

İsveçin müdafiə naziri əlavə edib ki, Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət götürməyə hazırlaşmalıdır. Nazir hesab edir ki, bunun üçün Avropada müdafiə istehsalı artırılmalıdır.

Bir müddət əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirmişdi ki, ABŞ yayın sonu və ya payızın əvvəlinə qədər bütün dünyada qüvvələr mövqeyini nəzərdən keçirməlidir.