Xəbərlər

İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak etmək üçün 90 ölkə qeydiyyatdan keçib

Bürgenstockda Ukrayna ilə bağlı konfransda iştirak etmək üçün 90 dövlət qeydiyyatdan keçib.

“Füyuzat”ın məlumatına görə, bunu İsveçrə prezidenti Viola Amherd bildirib.

Bu günə olan məlumata görə, 90 dövlət qeydiyyatdan keçib. Onların yarısı Avropa və Şimali Amerikadan, digər yarısı Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiyadandır.

Amherdin sözlərinə görə, bu ölkələrin təxminən yarısı ən yüksək səviyyədə – dövlət və hökumət başçıları, digər yarısı – nazirlər və digər nümayəndələr tərəfindən təmsil olunacaq.