“ABŞ administrasiyası Avropa İttifaqını (Aİ) siyasi qurum kimi yüksək qiymətləndirmir”.
“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ dövlət katibi Marko Rubio ilə hələ də keçirilməmiş rəsmi ikitərəfli görüşlə bağlı bildirib.
“Biz telefonla danışıqlar apardıq. Nəinki Aİ, bir çox Aİ ölkələri də hələlik ABŞ-la yüksək səviyyəli görüşlər aparmayıb. Bu Amerikanın Aİ-ni siyasi qurum kimi çox yüksək qiymətləndirmədiyin göstəricisi ola bilər”, – Kallas əlavə edib.