Xəbərlər

Kallas: Aİ Kiyevə silah tədarükünü dayandırmaq niyyətində deyil

“Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükünü dayandırmaq niyyətində deyil və bu, Rusiya üçün atəşkəs üçün əsas şərtdir”.

“Füyuzat”ın məlumatına görə, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas “Reuters” agentliyinin suallarını cavablandırarkən deyib.

O, Kiyevə 40 milyard avroluq yardım planı ilə bağlı sualı cavablandırarkən deyib: “Biz yardım proqramı üzərində işləməyə davam edirik”.

Martın 19-da Kallas Brüsseldə Aİ-nin Müdafiə üzrə Ağ Kitabını təqdim edəcək. Bu, Avropa Komissiyası tərəfindən Aİ iqtisadiyyatının militarizasiyası üçün hazırlanmış plandır və Avropa ölkələrinin hərbi potensialının artırılmasına və Kiyevə silah tədarükünün artırılmasına yönəlib.