“Avropanın iştirakı olmadan Ukraynada nizamlanmaya dair razılaşma əldə oluna bilməz”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
“Bu müharibə həm Ukraynaya, həm də Avropaya aiddir və real sülhə nail olmaq üçün Avropanın iştirakı lazımdır. Aİ-nin iştirakı olmadan heç bir razılaşma görmürəm”, – o bildirib.
Kallas həmçinin qeyd edib ki, Ukraynaya kömək etmək xeyriyyəçilik demək deyil, bununla Avropa öz təhlükəsizliyinə sərmayə qoyur.