Xəbərlər

Kanada ABŞ-a enerji tədarükünü kəsəcək

“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bütün Kanada mallarına 25% rüsum tətbiq etmək qərarına gəlsə, Kanada ABŞ-a elektrik enerjisi və enerji təchizatını kəsəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ontario əyalətinin rəhbəri bildirib.

Qeyd edək ki, Kanada öz neftinin təxminən 60%-ni, eləcə də elektrik enerjisinin 85%-ni ABŞ-a ixrac edir.