“Kanada polad istehsalçıları ABŞ Prezidenti Donald Trampın bu həftə sonu baş verə biləcək idxal tariflərinə hazırlaşırlar”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Globe and Mail” qəzeti məlumat yayıb.
“Kanada polad şirkətləri mümkün maliyyə itkilərini minimuma endirmək üçün yeni investisiyaların dayandırılması və məhsul çeşidinin dəyişdirilməsi imkanlarını nəzərdən keçirir. Kanada polad sənayesi ABŞ-dan çox asılıdır, çünki istehsalının 99%-i bu ölkəyə ixrac olunur”, – məlumatda bildirilib.