“Kanada Avropanın yenidən silahlanması prosesində iştirak etmək niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kanadanın Baş naziri Mark Karni Kvebek əyalətinə səfəri zamanı jurnalistlərə bildirib.
“Biz etibarlı qlobal tərəfdaşlarımızla təhlükəsizliyi gücləndiririk, o cümlədən transatlantik təhlükəsizliyi gücləndirmək üçün Kanadanın Avropanın yenidən silahlanma planında iştirakını inkişaf etdiririk”, – Baş nazir bildirib.
Hökumət başçısı əlavə edib ki, bu planın bir hissəsi Ukraynaya hərbi yardımın davam etdirilməsini də əhatə edir. Karni qeyd edib ki, bütün məqsədlərə nail olmaq üçün Ottava yerli istehsalın, o cümlədən müdafiə sektorunun inkişafına təkan verəcək.