Xəbərlər

Kanada hakimiyyəti Trampla fəal işləmək niyyətindədir

“Kanada hakimiyyəti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Arktika problemləri üzərində fəal işləyəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Kanadanın xarici işlər naziri Melani Coli jurnalistlərə müsahibəsində deyib.

“Biz bilirik ki, Tramp keçmişdə Arktika ilə maraqlanırdı, buna əsaslanaraq, ölkələrimizi birlikdə qoruya biləcəyimizə əmin olmaq üçün bu barədə danışmaq ideyası yaranıb. Ottava üçün yeni Amerika administrasiyası ilə Arktika məsələlərində əməkdaşlıq əsas prioritetlərdən biri olacaq. Bundan həm biz, həm də Tramp administrasiyası faydalanacaq”, – nazir əlavə edib.