Xəbərlər

Kanada Husilər hərəkatını terror təşkilatı siyahısına daxil edib

Kanada hakimiyyəti Husilər hətəkatını terror təşkilatları siyahısına əlavə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kanada hökuməti məlumat yayıb.

“Kanada hökuməti Husiləri terror təşkilatı kimi tanıyıb. 2023-cü ilin noyabr ayından bu qrup Qırmızı dənizdə və digər su yollarında mülki və hərbi gəmilərə çoxsaylı hücumlar həyata keçirərək Yaxın Şərqdə iğtişaşların mənbələrindən biri olub. Bu siyahıya daxil olmaq Kanadada aktivlərin dondurulmasını və Kanada vətəndaşlarının və şirkətlərinin siyahıda olanlarla iş görməsini qadağan edir”, – məlumatda bildirilib.