Xəbərlər

Kanada üç Arktika şəhərində hərbi dəstək bazaları quracaq

Kanada ölkənin şimal və Arktika bölgələrində artan hərbi mövcudluğun bir hissəsi olaraq üç logistik baza yaradacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kanada Milli Müdafiə Departamenti məlumat yayıb.

“Kanada növbəti 20 il ərzində şimalda döyüşə dəstək mərkəzləri şəbəkəsinin yaradılması üçün 1,87 milyard dollar sərmayə yatırır. Təyyarə zolaqları, logistik qurğular və avadanlığın daxil olduğu bu qovşaqlar Kanada Silahlı Qüvvələrinə Kanadanın suverenliyini və mövcudluğunu qorumağa imkan verəcək”, – bəyanatda bildirilib.