Xəbərlər

Kanada Vaşinqtonda keçirilən iclasın nəticələrini müsbət qiymətləndirib

“Kanada nümayəndə heyəti tariflərlə bağlı Vaşinqtonda Amerika administrasiyasının nümayəndələri ilə keçirilən görüşü müsbət qiymətləndirir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ontario əyalətinin qubernatoru Duq Ford bildirib.

“İclas çox yaxşı keçdi və biz çox gözəl nəticələr əldə etdik. Söhbəti gələn həftə davam etdirməyi səbirsizliklə gözləyirəm”, – Duq Ford qeyd edib.