Xəbərlər

Katz Husiləri dəniz və hava blokadası ilə hədələyib

İsrailin müdafiə naziri İsrail Katz Husiləri İsrail dövlətinin ərazisini atəşə tutmağa davam edəcəkləri təqdirdə dəniz və havadan blokadaya alınacaqları ilə hədələyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə nazir “X” səhifəsində qeyd edib.

“Biz Husi terror təşkilatına xəbərdarlıq etdik ki, İsrailə atəş açmağa davam edərlərsə, onlara dəniz və hava blokadası ilə cavab veriləcək”, – nazir qeyd edib.