“Gürcüstan Azərbaycan–Ermənistan münaqişəsinə son qoyulmasına maraqlıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili bildirib.
“Biz münaqişənin sona çatmasında maraqlı tərəflərdən biriyik. Mən hər iki ölkənin hökumətlərinə münaqişəni sona çatdırmaq istəyinə görə təşəkkür etmək istərdim. Sülh və sabitlik region üçün həlledici əhəmiyyət kəsb edir və hər üç ölkə üçün imkanlar açır”, – prezident qeyd edib.