Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Eçmiədzində bütün ermənilərin katolikosunun iqamətgahının yerləşdiyi əraziyə daxil olublar.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, xüsusi təyinatlıların iqamətgaha girişinin məqsədi Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanı həbs etmək olub.
Qeyd edilib ki, Ermənistan Milli Təhlküəsizlik Xidmətinin əməliyyat keçirdiyi iqamətgahın həyətində polislər və keşişlər arasında dava baş verib.
Həmçinin bildirilir ki, təhlükəsizlik qüvvələri Acapaxanyanı apara bilməyiblər. Dindarlar buna mane olublar.
“Sputnik Ermənistan”ın məlumatına görə, monastır yaxınlığında vəziyyət gərgin olaraq qalır. Güc strukturları ilə dindarlar arasında vaxtaşırı toqquşmalar baş verir.