“Hazırkı ABŞ lideri Co Baydenin administrasiyası Amerika silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək qərarını hələ prezident seçkilərindən əvvəl vermişdi”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat yayıb.
“Mən seçilmiş prezidentlə və ya onun komandası ilə mübahisə etmək fikrində deyiləm, ancaq onu deyə bilərəm ki, “ATACMS” (uzaqmənzilli raketlər) ilə bağlı qərar seçkilərdən əvvəl verilmişdi”, – Kirbi əlavə edib.