Xəbərlər

KİV: 7500 döyüşçü Suriya ordusuna qoşulacaq

“Suriya Demokratik Qüvvələri (SDQ) ilə Dəməşq arasında saziş imzalandıqdan sonra bu birləşmələrdən təxminən 7500 döyüşçü respublika ordusunun sıralarına qoşulacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Türkiyə” qəzeti Suriya Müstəqil Kürdlər Birliyinin sədrinə istinadən məlumat yayıb.

“7,5 min nəfər Suriya ordusunda xidmət edəcək SDQ üzvlərinin yalnız ilkin sayıdır. SDQ-nin suriyalı olmayan üzvlərinə gəlincə, onlar ölkəni tərk etməli olacaqlar. 11 minə yaxın SDQ döyüşçüsü PKK üzvüdür”, – məlumatda bildirilib.