“ABŞ Asiya-Sakit Okean regionunda və Meksika ilə sərhəddə yaşananları prioritet hesab etdiyinə görə Avropadakı hərbi mövcudluğunu azaltmağı düşünür”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “NBC” mənbələrə istinadən məlumat yayıb.
Verilən məllumata görə, ABŞ müdafiə naziri Pit Heqset Ukrayna prezidenti Volodimir Zelenski ilə qapalı görüşdə Ukrayna nümayəndə heyətinə Avropa ölkələrində hərbi kontingentin azaldılması imkanının ABŞ prezidenti Donald Tramp tərəfindən qiymətləndirildiyini açıqlayıb.