Xəbərlər

KİV: ABŞ Husilərin komandanlıq mərkəzlərinə kütləvi zərbələr endirib

ABŞ bazar ertəsi Husilər hərəkatının hərbi infrastrukturuna qarşı silsilə zərbələr endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Arabiyya” məlumat yayıb.

Verilən məlumata görə, hücumların hədəfi Marib, Əl-Cəvf və Əl-Hodeyda əyalətlərində komanda mərkəzləri, silah anbarları, raket buraxılış qurğuları və Husilərin yerləşdiyi ərazilər olub.