Xəbərlər

KİV: ABŞ və Böyük Britaniya Yəmənə zərbə endirib

ABŞ və Britaniya aviasiyası bazar ertəsi səhər Yəmənin Husilər hərəkatının nəzarəti altında olan bölgələri havadan bombardmana başlayıb, ölkənin şimal-qərbindəki Xoca əyaləti vurulub.

“Füyuzat”ın məlumatına görə, tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, Husilərin Aşkelon və Təl-Əvivə hücumundan sonra ABŞ və Böyük Britaniya dekabrın 15-də Yəmənin qərbindəki Hudeyda əyalətinə hava zərbələri endirib.