Xəbərlər

KİV: ABŞ və Çin iyunun 10-da ticarət danışıqlarını davam etdirəcək

“ABŞ və Çin nümayəndə heyətləri iyunun 10-da Böyük Britaniyanın paytaxtında ticarət danışıqlarını davam etdirəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Verilən məlumata görə, iyunun 9-da müzakirələrin növbəti raundu baş tutub və altı saatdan çox davam edib. Danışıqlar iyunun 10-da yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 13:00) davam etdiriləcək.