Xəbərlər

KİV: Aİ xarici işlər nazirləri Qırmızı dənizdə missiya barədə razılığa gəliblər

“Brüsseldə Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin görüşünün iştirakçıları Qırmızı dənizdə Aİ-nin yeni dəniz missiyasının başlanması barədə razılığa gəliblər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa ölkələrinin diplomatlarına istinadən DPA agentliyi məlumat yayıb.

“Aspides” əməliyyatı Avropa gəmilərinin mühafizəsinə yönəldiləcək. Avropa gəmilərinin yalnız dənizdən gələn hücumlara cavab verəcəyi və materikə doğru atışlar atmayacağı gözlənilir. Aİ missiyası ABŞ-ın başçılıq etdiyi “Prosperity Guardian” əməliyyatından müstəqil olacaq, lakin onlar arasında əməkdaşlıq və informasiya paylaşımı olacaq”, – agentlik bildirib.