Xəbərlər

KİV: Aİ xarici xidməti 10 xarici missiyanı ixtisar edəcək

“Avropa İttifaqının (Aİ) bloka daxil olmayan ölkələrlə əməkdaşlığını təmin edən Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) ayrı-ayrı ölkələrdəki 10-a yaxın missiyasını və 100-ə yaxın əməkdaşını ixtisar edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” nəşri Aİ rəhbərliyindəki mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, xarici xidmətə nəzarət edən Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Avropa Komissiyasının (AK) yüksək vəzifəli rəsmilərinə Aİ-nin əsas institutlarının büdcələrinin daha geniş miqyasda optimallaşdırılması çərçivəsində agentliyin yenidən təşkili planını təqdim edib.

Əlavə edilib ki, artıq islahat layihəsi təsdiqlənib.