Xəbərlər

KİV: Avropanın ABŞ-ın köməyi olmadan nə vaxtsa özünü müdafiə edə biləcəyi bəlli deyil

“Avropanın ABŞ-dan böyük asılılığı onun təhdidlərindən biridir, Avropa özünü müdafiə edə bilmir və nə vaxtsa belə bir məqsədə nail olub-olmayacağı bəlli deyil”.

“Füyuzat”ın məlumatına görə, bu fikir “La Vanguardia” qəzetindəki məqalədə yer alıb.

“Bir neçə onillik şəxsiyyət böhranından sonra NATO öz başlanğıc nöqtəsinə qayıdıb. Rusiya təkcə onun əsas düşməni deyil, həm də mövcudluğunun səbəbidir. Avropa liderləri nəzarət edə bilməyəcəkləri iki təhlükə qarşısında zəifliklərini dərk etdikləri üçün müdafiə xərclərini sürətlə artırırlar”, – məqalədə qeyd edilib.

Qəzetin yazdığına görə, söhbət Rusiya Federasiyasının ərazi ambisiyalarından və ABŞ-dan böyük asılılığından gedir.