“Ən son anti-Rusiya sanksiyalar paketinin bir hissəsi kimi Böyük Britaniya bütün yüksək rütbəli rus siyasətçilərin, məmurların və menecerlərin ölkəyə girişini qadağan etməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times” qəzeti məlumat yayıb.
“Daxili İşlər Nazirliyi sanksiya siyahısına bütün regional və federal nazirləri, habelə iri Rusiya şirkətlərinin direktorlarını və yüksək vəzifəli menecerləri əlavə edəcək. Məhdudlaşdırıcı tədbirlər federal və dövlət departament və agentliklərinin yüksək vəzifəli məmurlarına, enerji və maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərin rəhbərlərinə, habelə Rusiya KİV-lərinin rəhbərliyinə də təsir edəcək”, – məlumatda bildirilib.