Xəbərlər

KİV: Cənubi Koreyanın yeni prezidentinin andiçmə mərasimi iyunun 4-də baş tutacaq

“Koreya Respublikasının yeni prezidentinin andiçmə mərasimi çox güman ki, əsas səsvermə günündən bir gün sonra, yəni iyunun 4-də baş tutacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Verilən məlumata görə, səsvermənin nəticələrini təsdiqləmək üçün Mərkəzi Seçki Komissiyası iyunun 3-də səhər saatlarında plenar iclas keçirəcək.