Xəbərlər

KİV: İsrailin zərbələri nəticəsində 21 nəfər ölüb

İsrailin Qəzza zolağına bir gecədə endirdiyi zərbələr nəticəsində azı 21 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Verilən məlumata görə, İsrail hərbi aviasiyası gecə saatlarında Qəzza zolağının şimalındakı Cəbəliya şəhərinin yaşayış məntəqələrinə və Fələstin anklavının cənubunda yerləşən Xan Yunis şəhərinin qərb ərazilərinə silsilə zərbələr endirib.