Xəbərlər

KİV: İsrailin zərbələri nəticəsində daha 63 nəfər ölüb

İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ölənlərin sayı 63-ə çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Son 24 saat ərzində anklavın bir sıra əraziləri, o cümlədən sektorun mərkəzi hissəsində yerləşən Nuseyrat və Əş-Şücayyadakı qaçqın düşərgələri, eləcə də cənubda yerləşən Xan Yunis və Rəfah şəhərləri irimiqyaslı bombardmanlara və artilleriya atəşinə məruz qalıb”, – məlumatda qeyd olunub.