Xəbərlər

KİV: Konqresdəki demokratlar Rusiyaya qarşı daha sərt sanksiyalar təklif edirlər

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi və Ukraynaya dəstəyin artırılması ilə bağlı qanun layihəsi təqdim ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“Sənəddə Ukraynanın təhlükəsizliyi və bərpasının təmin edilməsi, habelə Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi sahəsinə vəsaitin ayrılması ilə bağlı müddəalar yer alıb. Qanun layihəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yüksək səviyyəli demokratı Qreqori Miks tərəfindən də dəstəklənib”, – məlumatda bildirilib.