Xəbərlər

KİV: Paris və London Ukrayna ilə bağlı sülh planı hazırlayır

“Britaniya və Fransa ABŞ prezidenti Donald Trampa təqdim etmək üçün Ukrayna ilə bağlı hazırladıqları sülh planını bir neçə gün ərzində yekunlaşdırmağa ümid edirlər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” Avropadakı diplomatik mənbələrinə istinadən məlumat yayıb.

“Biz bu planın həftələr deyil, günlər içində hazırlanacağını gözləyirik. Bu ideya ABŞ və Ukrayna arasında münasibətlər də daxil olmaqla, bütün işləri qaydaya salmaq üçün nəzərdə tutulub”, – məlumatda bildirilib.