Xəbərlər

KİV: Qəzza zolağında su problemi kritik olaraq qalır

“Qəzza zolağında su təchizatı ilə bağlı problemlər kritik olaraq qalır, çünki İsrailin 15 aylıq hərbi əməliyyatı nəticəsində anklavdakı əksər su təchizatı və kanalizasiya qurğuları zədələnib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“İsrailin Qəzzada apardığı 15 aylıq müharibədən sonra, Fələstin anklavında infrastrukturun böyük əksəriyyəti məhv edilib, buna görə də su təchizatı kritik səviyyədədir. Döyüşlər zamanı su infrastrukturunun 70%-i məhv edilib. Bir çox obyektlər, o cümlədən tullantı sularının təmizlənməsi və duzsuzlaşdırılması qurğuları, nasos stansiyaları, quyular, su çənləri və magistral su xətləri ciddi təmir tələb edir”, – məlumatda bildirilib.