Xəbərlər

KİV: Tramp Ukraynaya yardımın dayandırılmasını müzakirə edəcək

“ABŞ prezidenti Donald Tramp martın 3-də milli təhlükəsizlik komandası ilə Ukrayna ilə bağlı müzakirələr aparmaq üçün görüşəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times” (NYT) amerikalı məmurlara istinadən məlumat yayıb.

Qeyd edilib ki, tədbirlər kompleksinə ABŞ-ın əvvəlki administrasiyası dövründə razılaşdırılmış Kiyevə hərbi yardımın dayandırılması və ya ləğv edilməsi məsələsi də daxil ola bilər.