“Ukraynada cəbhə üçün ciddi insan çatışmazlığı yaşanır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
“Ukraynanın hərbi əməliyyatlarda əsas problemi silah çatışmazlığı yox, insan çatışmazlığıdır. Ukrayna muzdluların hərbiyə qəbulu ilə bağlı hədəflərə çatmaqda çətinlik çəkir. Hədəf ayda təxminən 30 min insandır, lakin heç kim orduya sonuncu qəbul edilən və ya öldürülən şəxs olmaq istəmir. Faciə ondadır ki, analar 16 yaşlı uşaqlarını xidmətə göndərməməkdən ötrü, ölkədən kənara yollayırlar”, – məlumatda bildirilib.