Xəbərlər

Kiyev: Biz ABŞ-la yeni silah təchizatını müzakirə edirik

“Ukrayna və ABŞ hakimiyyəti yeni silahların, o cümlədən “Patriot” zenit-raket sistemləri üçün raketlərin tədarükü məsələsini müzakirə edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna Prezident Aparatının rəhbərliyinin müşaviri Mixail Podolyak deyib.

“Əlbəttə, biz ən çox “Patriot” sistemləri üçün raketlərin alınmasında maraqlıyıq, çünki bu, əhalinin və kritik infrastrukturun qorunması məsələsidir, lakin digər silah növləri də bizim üçün vacibdir. Və bu məsələlər müzakirə olunur. Hər halda mövcud yardım proqramlarının əksəriyyətinin müddəti başa çatmaq üzrə idi. Bunlar ABŞ Konqresinin təsdiq etdiyi prezident proqramlarıdır”, – Podolyak qeyd edib.