“Rusiya və ABŞ Ukrayna böhranının həllinə doğru irəliləmək istəyirlər. Bu məsələdə ümumi anlaşma var. Bununla belə, texniki məsələlərdə çox iş görülməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Rusiya ilə ABŞ arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda danışıqlara başlandığını qeyd edən Peskov Qara dənizdə gəmilərin təhlükəsizliyi ilə bağlı təşəbbüsün danışıqların gündəmində olduğunu qeyd edib.
Rusiya ordusunun prezident Vladimir Putinin Ukraynanın enerji qaynaqlarına hücum etməmək əmrini yerinə yetirdiyini əlavə edən Peskov bildirib:
“Vəziyyəti diqqətlə izləyirik. Amerikalı həmkarlarımızın da prosesi izləmək və təhlil etmək imkanı var”.



