Xəbərlər

Kuba ABŞ-ı Qəzzada “soyqırım”da iştiraka görə məsuliyyətə cəlb etməyə çağırıb

Kuba xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio Qəzza zolağındakı vəziyyəti soyqırım adlandırıb və ABŞ-ı “21-ci əsrin ən böyük cinayətində şəriklik”ə görə məsuliyyətə cəlb etməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Xəbər agentliklərinin məlumatına görə, son 24 saatda 700 fələstinli öldürülüb. Əgər bu soyqırım deyilsə, termin dəyişdirilməlidir. ABŞ hökuməti 21-ci əsrin ən böyük cinayətində iştiraka görə məsuliyyət daşımalıdır”, – Kossio qeyd edib.

Qeyd edək ki, Yaxın Şərqdə davam edən İsrail–Fələstin qarşıdurması fonunda Kuba Fələstini dəstəkləyir.

Bundan başqa, Kuba və ABŞ arasında münasibətlər həmişə gərgin və bir-birinə zidd istiqamətdə inkişaf edib. Buna həm ideoloji fərqlər, həm də regional maraqlar səbəb olub.